Siyasət

Sui-qəsd və işgəncələr: Lapşin AİHM-də Azərbaycana qarşı iddia qaldırıb

Məşhur bloqqer Aleksandr Lapşin Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycana qarşı iddia qaldırdı. Bu barədə Sputnik Armenia məlumat yayıb.

“Artıq hər şeyi təqdim etdim: İsrail və Rusiya məhkəmə ekspertləri tərəfindən təsdiq edilmiş sui-qəsd, həbsxanada işgəncələrin olması və ekstradisiya qanunlarının pozulması”,- Lapşin deyib.

Onun sözlərionə görə, iddia Azərbaycan Respublikasının əleyhinədir, çünki  təyyarəni məhz hakimiyyətlər göndərdilər və bloqqerin həbsxanada olduğu zaman onun həyatı və sağlamlığı üçün onlar məsuliyyət daşıyırdılar.

Bloqqerin fikrincə, bu işdə ən önəmlisi Azərbaycanın, insanları öz fikirlərinə görə təqib edən bir ölkə olaraq tanınmasıdır.

“Artıq məlumatım var ki, Azərbaycan AİHM-ə göndərdiyim şikayətimə çox ciddi baxır və bütün diplomatlarını və maliyyə resurslarını bu işə cəlb etdirəcək”,-deyə Lapşin qeyd etdi.

O istisna etmir ki, saxta sənədlər, tibbi sənədlər, saxta imzalarla sənədlər və 1 saylı Bakı İstintaq Təcridxanası əməkdaşlarının saxta ifadələri təqdim ediləcək.

AİHM-in bu qərarına əsasən, Azərbaycan ya sui-qəsi etdi, ya da onun qarşısını almadı. Ayrı bir iddia da ABŞ-da qaldırılacaq və 5 milyon dollar tələb olunacaq.

“Nə qədər aldığımızı, hətta 5 avro olsa da, önəmli deyil. Ən önəmlisi Avropa Məhkəməsinin, Azərbaycanı insanları fikirlərinə görə təqib edən bir ölkə olaraq tanınmasıdır”.

Mloqqer ümid edir ki, bu dəfə Azərbaycanın avropalı rəsmilərə rüşvət vermə “böyük təcrübəsi” işləməz.

Daha çox göstər
Back to top button