Siyasət

Vladimr Yevseyev: “İldırım sürətli müharibə” olmayacaq. Erməni tərəfi qarşı hücuma keçə bilər”

Dağlıq Qarabağ ətrafında gərginlik  2018-ci ildə Azərbaycanla Ermənistan arsında irimiqyaslı hərbi münaqişəyə keçə bilər.  Bu barədə ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Koats tərəfindən dərc edilmiş “Təhdidlərin ümumdünya dəyərləndirməsi” adlı ənənəvi illik məruzədə bildirilir.

Sənəddə 2018-ci il ərzində ABŞ üçün yarana biləcək milli təhlükəsizlik təhdidləri nəzərdən keçirilir. Məruzənin Qarabağa həsr edilmiş hissəsində göstərilir ki, tərəflərin “kompromislərə getmək arzusunun olmaması”, kənardan təzyiqlər, Azərbaycanın həyata keçirdiyi stabil hərbi modernləşmə, Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə irimiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.

Moskvanın MDB ölkələri  İnstitutunun direktor müavini,Qafqaz şöbəsinin müdiri Vladimir Yevseyev  hərbi təxribatları istisna etmir, amma Ermənistan və Azərbaycan arasında genişmiqyaslı hərbi əməliyyatları proqnozlaşdırmır.

“Jamanak”a müsahibəsində o qeyd etdi ki, çox şey Azərbaycanın  mövcud vəziyyətinndən bağlıdır. Lakin Azərbaycanın hərbi mövqeyə aprel ayında keçiriləcək prezident seçkisi deyil, klanlararası mübaizə təsir göstərəcək .Yevseyev əmindir ki, bu gün Bakıda ciddi hərbi müvəffəqiyyət gözləmələri yoxdur.Bundan əlavə, hərbi potensialını artıran Ermənistan Silahlı Qüvvələri qarşı hücuma hazırdır, Azərbaycanda bu  nəzərə alınarsa yaxşı olardı.

Daha çox göstər
Back to top button