İctimaiyyət

Bu ülkədə şahmat ulduzları böyüyür. BBC Ermənistandakı şahmat mühitinə toxundu

BBC  2011-ci ildən etibarən məktəblərdə şahamtı məcburi bir fənn  olaraq tətbiq edən ölkəyə Ermənistana toxundu.

Məqaləyə görə, təxminən 3 milyon əhalisi olan Ermənistan kişi başına düşən şahmat qrossmeysterlərin sayısı ilə dünyada ən yüksək səviyyədədir.

Emma Levin  200 uşağın şahmat oyunduğu bir zala  girir.

“Salonda səssizlik var, usaqların davranışı mükəmməldir. Hər kəs dərin ifadəsi ilə oyuna cəlb olunur. Uşaqlar hər hərkətini  dəftərlərində qeyd edirlər.

Emma Levin 1963-196-cü  illərdə dunya çempionu Tigran Petrosyanın  büstünü gözündən yayınmayıb.

“Ermənistan həmişə şahmatla sıx əlaqələr qurmuşdur, lakin Tigranın qələbələri bizim üçün inqilabi idi”- deyə Ermənistan Şahmat Akademiyasının prezidenti Smbat Lputyan.

Müəllifinin sözlərinə görə, ER Prezidenti Serj Sargsyanın dəstəyi ilə şahmat məktəblərdə məvburi fənn olaraq tətbiq edildi.  Bunun səbəbi nədir? soruna isə Lputyan  bu şəkildə cavablandırdı. “Şahmat ədalətli bir oyundur, uşaqlar bu təmiz və şərfli oyunu öyrənərək, yaxşı davranışa malik olurlar. Uşaq strateji qərarlar ala bilər. Hesab edirəm ki,  bu cəmiyyətimiz üçün böyük faydadır.

Lputyanın sözlərinə görə, çox ölkə bu yolla getmək istəyir.Son vaxtlarda Şahmat Araşdırmalar İnstitutu da açılıb, orada sosioloqlar, psixoloqlar və diqər mütəxəssislər  öyrənməyə şahamtın təsirini araşdıracaqlar.

Daha çox göstər
Back to top button