Təhlil

Cəmil Həsənli Əliyevlərin “mədəniyyətə və dinə qayğı” yalanını faktlarla ifşa etdi

Milli Şura sədri Cəmil Həsənli son günlərdə ziyalı və din adamları adından İlham Əliyevin dəstək çağırışlarına bəraət qazandırmaq üçün istifadə olunan bir iddiaya faktlarla, tutarlı cavab verib. “Azadlıq.info” saytına əsasən, C.Həsənli feysbuk səhifəsində yazıb:

– Son vaxtlar yaradıcılıq birlikləri və ruhani idarəsinin aktiv şəkildə İlham Əliyevin seçki kampaniyasına qoşulması cəmiyyətdə çoxlu müzakirələr doğurdu. Müzakirələrin gedişində ziyalılarımız və din xadimlərimiz öz hərəkətlərini Heydər Əliyev və İlham Əliyevin Azərbaycan mədəniyyətinə, ziyalılara, islam dininə qayğısı ilə izah etməyə çalışır və onları tənqid edənlərə belə bir sual ünvanlayırlar: Bir il hakimiyyətdə oldunuz, Azərbaycan mədəniyyəti üçün nə etdiniz, ziyalılara hansı diqqəti göstərdiniz?
Görünür bu məsələdə bəzi məqamları yada salmağa bir balaca ehtiyac vardır.

Müxtəlif vaxtlarda Azərbaycana rəhbərlik etmiş nə Nərimanov, nə Sergey Kirov, nə Əliheydər Qarayev və Levon Mirzəyan, nə Ruben, nə Qikalo, nə Polonski, nə Mircəfər Bağırov, nə İmam Mustafayev, nə Vəli Axundov Azərbaycan ziyalılarına, Azərbaycan xalqına öz ölülərini dini qaydada, molla ilə dəfn etməyi qadağan etməmişdi. Bu işin də bünövrəsi bu gün islama qayğısından din adamlarımızın ağız dolusu danışdığı Heydər Əliyev qoydu. Respublika rəhbərliyinə gəldikdən sonra o, dedi: “Bəzi kommunistlər, məsul işçilər, ziyalı nümayəndələri öz yaxın adamlarının dəfnini dini qaydalarla təşkil edir, belə mərasimlərdə iştirak edir və bunu “xalq” adətinə ehtiram sayırlar. Bu cür “izahaat” həmin kommunistlərin partiyalılıq hissini itirdiklərini göstərir. Həmin yoldaşlar əslində ruhanilərin və cəmiyyətə zidd ünsürlərin fəaliyyətini təqdir edir, öz ömrünü çoxdan başa vurmuş dini adət və ənənələrin dirçəlməsinə kömək göstərmiş olurlar.” (Bax: Kommunist qəzeti, 2 noyabr 1971-ci il).

Daha çox göstər
Back to top button