Ermənistan ilkin şərtlər diliylə danışmır.Lakin hər hansısa biri tərəfindən ilkin şərtlər təklifini də qəbul etmir.ER Prezidentin iş heyətində verilən məlumata görə Münxen Təhlükəsizlik Konfransında çıxışında ER Prezidenti Serj Sarkisyan bu haqda deyərək əlavə edib ki, Berlin divarının sökülməsindən 30 il sonra belə Türkiyə Ermənistanla sərhəddi qapalı saxlamağı davam edir.
“İnamla deyə bilərəm ki, Ermənistan bu vəziyyətin yaxşı hala gətirilməsi üçün hər şey edib.Mənim təşəbbüsümlə başlanığıc alan Ermənistan və Türkiyə arasında münasibətləri qaydaya salmaq prosessi, bizim iki ölkələrimizə oldiuğu kimi eləcə də bütün region üçün yeni imkanlar açardı”-deyərək Prezident Serj Sarkisyan sonra əlavə edib ki, 2009-cu ildə Ermənistan və Türkiyə arasında imzalanan protokollar eləcə də kağız üzərində qaldı.Türkiyə nəinki yalnız onları ratifikasiya etmədi, həm də protokollarla heç bir əlaqəsi olmayan ön şərtlər təklif etdi. Bu isə tarixi fürsətdən imtina etməkdən başqa bir şey deyildi.”Biz Türkiyənin cavab addımlarını əbədi gözləyə bilmərik”-deyərək Serj Sarkisyan qeyd edib.