Siyasət

Ermənistan və İran Xİ nazirləri Münhendə bir sıra məsələləri müzakirə etdilər

Münhendə ER Prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində olan ER Xarici İşlər naziri Edvard Nalbandyan İran Xİ naziri Məhəmməd Cavad Zəriflə görüşüb. Bu haqda ER XİN məlumat verir.

Edvard Nalbandyan və Məhəmməd Cavad Zərif məmnunluqla qeyd etdilər ki, iki ölkə Xİ nazirləri Yerevanda, Tehranda və beynəlxalq platformlarda tez-tez görüşürlər və bu, iki ölkə rəhbərləri arasında əldə edilmiş razılaşmaların həyata keçirmə prosesini və yeni əməkdaşlıq proqramların hazırlanmasını izləməyə imkan verir.

Görüşdə ikitərəfli gündəm məsələlərə, infrastruktur layihələri ilə bağlı məsələlərə də toxunulub. Bu kontekstdə tərəflər Ermənistan-İran hökumətlərarası komissiyasının fəaliyyətini yüksək qiymətləndirdilər. Komissiyanın nöbəti iclası yaxın günlərdə Yerevanda keçiriləcəkdir.

Daha çox göstər
Back to top button