Ekonomika

Prezident Münhendə Bavyera regionundakı bir sıra aparıcı şirkətlərin rəhbərləri ilə görüşdü

ER Prezidenti Serj Sarkisyan Almaniyaya etdiyi səfərin son günündə Münhendə Bavyera Ticarət və Sənaye Palatasının sədri Eberhart Zasse, “Münhen” bankının sahibi və rəhbəri Vilfrid Gerling, “Simens” şirkətinin enerji və qaz istehsalı üzrə direktoru Vilibald mayksner və “Zasse” şirkətinin sahibi Kristina Zasse ilə səhər yeməyi etdi. ER Prezidentinin administrasiyasından verilən məlumata görə, görüş iştirakçıları ikitərəfli iqtisadi əlaqələrin cari vəziyyəti və inkişaf prezpektivlərini müzakirə etdilər.

Dövlət başçısı Ermənistan-Almaniya arasında davamlı inkişaf edən dövlətlərarası münasibətlər və yükəsk səviyyəli siyasi dialoq haqqında məmunluğunu dilə gətirərək, yaranmış şərayitləri iqtisadi layihələrə və yeni uğurlara çəvirmə imkanlara inandığını bildirdi.

Serj Sarkisyan qeyd etdi ki, Ermənistanda bu gün Almaniya kapitalı ilə təxminən 80 müəssisə iqtisadiyyatın müxtəlif sahələrində (mədən sənayesi, yüngül sənaye, elektronika, informasiya texnologiyaları, tikinti) uğurla fəaliyyət göstərir və bu sahələri genişləmək üçün böyük potensial vardır. Prezident Bavyera regionunun iqtisadi uğurlarınu yüksək qiymətləndirərək Ermənistanın investisiya və ticarət cazibədarlığını və çox vektorlu xarici iqtisadi siyasətinin verdiyi imkanları və üstünlükləri nəzərə alaraq, Bavyera regionuyla iqtisadi münasibətləri birlikdə inkişaf etdirə biləcəyini qeyd etdi.

Görüşdə iştirak edən Bavyera regionunun aparıcı şirkətlərinin sədrləri qeyd etdilər ki, Ermənistanla iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial var və yaxın zamanda Bavyera Ticarət və Sənaye Palatasının nümayəndə heyəti qarşılıqlı faydalı və əməkdaşlıq üçün prespektivli sahələri ilə tanış olmaq məqsədilə Ermənistana gələcək.

Daha çox göstər
Back to top button