İctimaiyyət

Əfqan Muxtarlının vəsatətləri təmin edilməyib

Əfqan Muxtarlının 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə Balakən rayon məhkəməsinin 12 yanvar 2018-ci il tarixli hökmündən verdiyimiz apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin hakimi Rəfail Əliyevin sədrliyi ilə ilkin baxış iclası keçirildi. Bunu Ə.Muxtarlının vəkili Elçin Sadıqov deyib.

O qeyd edib ki, ilkin baxış iclasında Ə.Muxtarlı barəsindəki həbsin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz edilməsini, Ə.Muxtarlının şüşə qəfəsdən çıxarılaraq yanımızda əyləşdirilməsini xahiş etdik, amma məhkəmə bu vəsatəti təmin etmədi.

“Daha sonra Balakən rayon məhkəməsinin məhkəmə iclas protokolu həqiqəti əks etdirmədiyi üçün məhkəmə iclas protokollarına qeydlər verdiyimizi bildirdik və qeydlərə baxılması üçün işin Balakən rayon məhkəməsinə qaytarılmasını xahiş etdik. Vəsatətimiz təmin edilmədi. Daha sonra apelyasiya baxışının qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsini xahiş edərək 14 vəsatət qaldırdıq. Məhkəmə müşavirədən qayıdaraq apelyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla və əlavə sübutlar tələb edilməklə keçirilməsi və apelyasiya baxışının 02 mart 2018-ci il tarixə saat 10:00-a təyin edilməsi barədə qərarı elan etdi”.

 

Daha çox göstər
Back to top button