ABŞ-da erməni deputatları gözləyirlər: Konqresdə qəbul olacaq
Vaşinqtondakı erməni icması mart əvvəllərində Ermənistan Parlamenti deputatlarının ABŞ-a ediləcək səfərə hazırlanır. Bu haqda “Amerikanın səsi” yazır. Amerikadakı hay Dat komitəsinin nümayəndəsi Yeğsabet Çulcyabın sözlərinə görə, erməni deputatların səfəri ABŞ paytaxtının siyasətçilərinə və ekspertlərinə Ermənistan müvqeyi ilə tanış olma imkanı verəcək. “Ermənistanla bağlı müvqeləri araşdıranlar Ermənistan Parlamentinin nümayəndələrini dinləyib Ermənistana qarşı duran təhdidləri barədə məlumat ala bilərlər”.
Onun sözlərinə görə, Ermənistan deputatlarının ABŞ-a səfər etmə fikri keçən il doğulmuşdu: “Keçən il sentyabrında Amerikalı konqresmenlərin bir qrupu Ermənistana getmişdi, bir qrupu da Artsaxa getmişdi. Bu ərzində elə bir fikir doğulmuş ki, bu səfərlər davamlı olmalıdır və Ermənistan Parlamentinin nümayəndələri Amerikaya səfər etməlidirlər və Ermənistan-Amerika dostluq əlaqələri daha da güclənməlidir”.
Vaşinqtonda erməni deputatlarının görüşləri zamanı Ermənistan-Amerika siyasi və iqtisadi əlaqələrinin yaxşılaşdırması və derinləşdirməsi müzakirə ediləcək.