Beynəlxalq

ATƏT seçkiqabağı vəziyyəti öyrənmək istəyir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənmək üçün öz qiymətləndirmə missiyasını Bakıya göndərəcək.

Məlumatı “Turan” yayıb. Bildirilir ki, missiya Bakıda fevralın 21-22-də olacaq. Missiyanın səfərin yekunlarına dair məruzəsi iki həftə ərzində hazırlanacaq.

Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-də keçiriləcək. MSK indiyədək prezident olmaq istəyən 13 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Müxalif düşərgədən Müsavat, AXCP, KXCP, REAL, Nida Vətəndaş Hərəkatı, D18 Hərəkatı seçkini boykot edib.

Daha çox göstər
Back to top button