Siyasət

Azərbaycan tərəfindən bizə qarşı başlanmış müharibə ilə xalqımızın iradəsi daha da gücləndi: Bako Sahakyan

Prezident Bako Sahakyan fevralın 20-də Artsaxın dirçəliş günü münasibətilə təbrik mesajı göndərdi.

Artsax Respublikasının Prezident administrasiyasından verilən məlumata görə, mesajda deyilir:

“Əziz vətəndaşlar,

Artsax Respublikası hakmiyyətləri və şəxsən mənim addımdan Artsaxın dirçəliş günü münasibətilə ürəkdən təbirk edirəm. Xalqımızın insan hüquqlarının qorunması uğruna birləşmiş ayağa qalxdığı gündən 30 il keçdi. O, dinc və ədalətli tələb idi, lakin Azərbaycan buna Bakıda, Sumqayıtda və digər yaşayış məntəqələrində erməni sakinlərinə qarşı qırğınlar və şiddətli yerdəyişmələrlə cavab verdi və minlərlə insan bu cinayətkar siyasətinin qurbanı oldu.

Azərbaycan tərəfindən bizə qarşı başlanmış qeyri-bərabər və qanlı müharibə xalqımızın iradəsini daha da güclü etdi, bütün erməniləri tarixi torpaqlarımızı qoruma və həqiqi sahibi olma işində birləştirdi. O  birlik və həmrəylik, xalqımızın vətənpərvərlik və azadlıq ruhu sayəsində biz təcavüzkar rəqibə qarşı müqavimət göstərə bildik və böyük qələbələri qeyd etdik.

Bu gün 30 il sonra qürurla qeyd edə bilərik ki, xalqımızın seçimi düzdü və digər yolumuz yoxdu. Ana Ermənistan və Diasporadakı bacılarımız və qardaşlarımız ilə birlikdə təhlükədə olan vətənimizi qəhrəmancasına müdafiə etdik, yoxsul iqtisadiyyatı bərpa etdik və möhkəm təməllər üstündə Müdafiə Ordumuzu yaratdıq, hansı ki yalnız ölkəmizin deyil, regionun sabitliyi və sülhünün garantörü oldu, vətənin azadlığı və müstəqilliyi müstəsna dəyərlər olan bir nəsil doğdu və böyüdü”.

Daha çox göstər
Back to top button