İctimaiyyət

Ekspert: Azərbaycanda borc bataqlığı genişlənəcək

Bu günlərdə Azərbaycan Maliyyə Nazirliyi ölkənin xarici borcunun məbləği haqqında məlumatı açıqlayıb. Rəqəmlər, yumşaq desək, təsəlliverici deyil: 2018-ci il yanvarın 1-i üçün Azərbaycanın xarici dövlətlərə borcu 9 milyard 398,3 milyon dollar və ya 15 mlrd. 978,1 mln. manat təşkil edib.

Nazirliyin məlumatına görə, bu məbləğ ümumi daxili məhsulun 22,8%-ni təşkil edir. Borc kimi hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilən kreditlər üzrə şərti öhdəlikləri nəzərə alınıb. Borcun yaranmasına səbəb olan kreditlər beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və müxtəlif proqramların maliyyələşdirilməsi üçün alınıb

Daha çox göstər
Back to top button