Ermənistan-Rusiya ticarət dövriyyəsi 26.1 faiz artıb

ER Hökumətində Ermənistan-Rusiya İqtisadi əməkdaşlıq üzrə hökumərlərarası komissiyanın həmsədrləri, ER baş naziri Karen Karapetyan və RF nəqliyyat naziri Maksim Sokolovun başçılığı altında Ermənistan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 18-ci iclası keçirildi.
Bu haqda ER Hökumətinin mətbuat xidmətindən məlumat verilib.
Baş nazir Karen Karapetyan vurğuladı ki, 2017-ci il için planlaşdırılan her şeyi praktik olaraq həyata keçirildi.
“Bütün göstəricilərdə artım var. Maksim Sokolov ilə xüsusi söhbətimizdə mümkün olan bütün inkişaf nöqtələrini və əlaqələrimizin diversifikasiya yollarını qeyd etdik. Alınan məlumatlara görə 2017-ci ildə Ermənistan-Rusiya ticarət dövriyyəsi 26.1 faiz , Ermənistandan ixracı 44.6 faiz, Ermənistana idxalı 19.1 faiz artıb”-deyə Karen Karapetyan qeyd etdi.
Baş nazir qeyd etdi ki, Maksim Sokolov ilə proqramların inkişafı üçün müxtəlif istiqamətlərdə xüsusi məsuliyyətçilərini müəyyənləşdirmək üçün razılığa gəldilər.
“Bu gün Ermənistan kiçik bazara malik olaraq, Avrasiya İqtisadi Birliyi üzv olduğu üçün 180 milyonluq bazara güzəştli çıxışı ilə tərəfdaşları və investorları cəlb edə bilər. Müzakirənin əhəmiyyətləi mövzusu Avrasiya İqtisadi Birliyinin konteksində Meğri azad iqtisadi zonası idi”- deyə baş nazir Karen Karapetyan qeyd etdi.
RF nəqliyyat naziri Maksim Sokolov qeyd etdi ki, Erməni-Rusiya əməkdaşlığı həmişə yüksək səviyyədədir. “Rusiya-Ermənistan münasibətlərinin yeni səviyyəyə çatdırılmasını diyə biliriz, bu isə iqtisadi nəticələrə də yansımışdır.
“İkitərəfli ticarət dövriyyəsi əməkdaşlığımızın tarixində rekord səviyyəyə – 1 milyard 700 milyon dollara çatdı”- deyə Maksim Sokolov vurğuladı.