İctimaiyyət

Nazir: Xaricdə Artsax hərəkatının 30-cu il dönümünə həsr edilmiş tədbirlər təşkil ediləcək

Artsax hərəkatının 30-cu il dönümünə həsr edilmiş tədbirlər bütün il ərzində həm respublikada, həm də xaricdə təşkil ediləcək.

“Artsakhpress”-in verdiyi məlumata görə, bunu fevralın 19-da keçirilmiş mətbuat konfransında AR Xİ naziri Masis Mailyan bildirib.

Fevralın 22-də Moskvada “Regnum” informasiya agentliyində Artsax hərəkatının 30-cu il dönümünə həsr edilmiş “dəyirmi masa” keçiriləcək.

Fevralın 24-də Beyrutdə iordaniyalı erməni fotoqrafının sərgisinin açılışı olacaq. O, 1994-cu və 2016-cı illərdə Artsaxda baş verən müharibə zamanı Qarabağa gəlib fotolar çəkmişdi. Sərgidə təxminən 60 foto göstəriləcək.

Nazirin sözlərinə görə, “Fransada Artsax günləri” proqramı çərçivəsində təşkil edilən tədbirlərin bir qisimi də hərəkatın 30-cu il dönümünə həsr ediləcək.

“İl ərzində xaricdə müxtəlif siyasi, mədəni tədbirlər nəzərdə tutulur və bu tədbirlərdə bizim daimi nümayəndələrimiz iştirak edəcəklər. Bu tədbirlərə qatılmaq üçün Artsaxdan müxtəlif rəsmilər göndəriləcək. Mühazirələr, çıxışlar olacaqdır”,-deyə M. Mailyan əlavə etdi ki, tədbirləre sayəsində ictimaiyyətə hərəkat tarixi barədə məlumat vermək və hüquqlarımızdan danışmaq imkanımız olacaq.

Daha çox göstər
Back to top button