Sevgi, müharibə, azadlıq. Fransalı Erməni rejissoru Artsax haqqında film təqdim edəcək

Fransalı erməni rejissoru Arno Xayanjyan Artsax haqqında yeni film çəkmək niyyətindədir. Xatırladaq ki, 13-cü “Qızıl ərik” beynəlxalq kinofestivalı çərçivəsində Erməni Soyqırımı hakkında onun çəkdiyi “Qayalı yollar” filmi “Erməni panaroması” müsabiqəsinin ən yaxşı səndli fimi seçildi.
“Armenpress”ə müsahibəsində o qeyd etdi ki, film 2019-cu ilin sonunadək tamaşaçıya təqdim etmək niyyətindədir.
“Bu sevgi, müharibə və azadlıq haqqında bir filmdir. Hal-hazırda həm Ermənistanda həm də Fransada layihənin maliyyələşdirilməsini axtarıram. Keçən il Artsax xalqı hakkında olan “Biz və dağlarımız” sənədli filmini təqdim etmək şərəfinə layiq görüldüm. Mən onların gücündən, şənliyindən çox təsirləndim. Qeyri-sabit vəziyyətə və keçmişin yaralarına baxmayaraq onlar qürurluqla durmağa davam edirlər. Mən orada yaşayan bütün nəsillərin nümayəndələrinin həyat dinamizindən və müasir düşüncələrindən çox təsirləndim.Məhz bu səbəblərdən “Arstax” adlı filmi çəkmək istədim”-deyə Fransalı erməni rejissor qeyd etdi.
Filmdə bir sıra qəhramanların hekayələriylə rejissor həmrəylik,humanizm, vətənpərvəlik, dostluq, mədəni irs, qəm kimi mövzulara toxuna biləcək.
“Unikal bir ölkə haqqında universal film olacaq. Mən məşhur erməni aktyorlarını və artsaxlı qeyri-pəşəkar insaları bir araya gətirmək istəyirəm. Mən Artsaxı beynəlxalq festivallarda, kinoteatrlarda və televiziya şirkətlərində təqdim etmək istəyirəm. Fransalı erməni film rejissoru olaraq, beynəlxalq ictimaiyyətə Artsaxı təqdim etmək mənim vəzifəmdir”-deyə o qeyd etdi.