Siyasət

Yadigar Sadıqov statusları ilə bağlı polis idarəsinə çağırılıb

Müsavat Partiyasının başqan müşaviri Yadigar Sadıqov fevralın 19-da Lənkəran Rayon Polis İdarəsinə çağrılıb. Məlumatı Meydan TV yayıb.
Müsavatçının idarəyə çağrılması sosial şəbəkələrdə yazdığı statuslarla bağlı olub:

“Polis rəisi İslam Hümbətovla əsasən “Facebook”dakı yazılarımı müzakirə etdik. Xüsusən dünənki “Stalinin ölümü” filminin qadağan olunması və bir neçə gün öncə Lənkəranda Heydər Əliyevin heykəlinin növbəti dəfə təmir olunması barədə statuslarım ətrafında. Qarşılıqlı anlaşma və mədəni çərçivədə davam edən görüşdən sonra hər birimiz öz fikrimizdə qaldıq”.

Yadigar Sadıqov Lənkəran rayon Məhkəməsinin 2014-cü il 13 yanvar tarixli hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O, 2013-cü il iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıb. Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü bildirmişdi. Y.Sadıqov 2016-cı ildə əfv sərəncamı ilə azad edilib.

Daha çox göstər
Back to top button