Ekonomika
DQİ üzrə gəlirlilik 5,85% azalıb

Maliyyə Nazirliyi 364 gün tədavül müddəti olan 35 milyon manat məbləğində diskont istiqrazlarını tam olaraq yerləşdirib. Bu, aylıq cədvəldə nəzərdə tutulandan 5 milyon manat azdır.
“Turan.az”-a əsasən, Bakı Fond Birjasının məlumatına görə, istiqrazlar üzrə orta ölçülmüş gəlirlilik orta hesabla illik 7,92% təşkil edib, Bu, yanvar ayında keçirilən əvvəlki hərracdakından 5,85% azdır.