Ekonomika

Serbiya,İsrail, Hindistan, Misir və Sinqapur bazarlarına Erməni istehsalçılarının girişi asanlaşdırılır

2017-ci ildə Ermənistanda ixracat 25.2 faiz artıb. Bu haqda ER Prezidenti Serj Sargsyan ilə görüş zamanı iqtisadi inkişaf və investisiyalar naziri Suren Karayan qeyd etdi.

Onun sözlərinə görə, xarici bazarlara Erməni istehsalçılarının girişinin asanlaşdırılması üçün hədəf bazarlar haqqında məlumat əldə etmək üçün işlər görülmüşdür.

Suren Karayan qeyd etdi ki, İran və Çinlə sazişlər üzrə danışıqlar mərhələsi başa çatdı. Serbiya, İsrail, Hindistan, Misir və Sinqapurla  müqavilələr üzrə danışıqlar müxtlif mərhələlərdədir.

Görüş zamanı Avopa İttifaqının GSP+ imtiyazlı ticarət rejimi altında “Rex”  elektronik sisteminin tətbiqinə əhəmiyyət verilib. Nazirin sözlərinə görə, bu ilin yanvar ayında ixracatçıların qeydiyyatı artıq başlamışdır.

Daha çox göstər
Back to top button