Siyasət

Aİ-nin mövqeyi Dağlıq Qarabağ münaqişəsini yalnız sülh yolu ilə həllidir: Aİ xüsusi nümayəndəsi

Ermənistan Respublikası müdafiə naziri Vigen Sargsyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Bu haqda ER Müdafiə Nazirliyindən məlumat verilir.

ER müdafiə naziri DQ münaqişəsinin nizamlanması məsələsində Aİ-nin balansı mövqeyinə və Minsk Qrupu həmsədrlərinə dəstəyinə əhəmiyyət verərək bütün bunların ER-Aİ çərçivə sazişində əks olunduğunu qeyd etdi.

Toyvo Klaarın sözlərinə görə, DQ münaqişəsi yalnız sülh yolu ilə nizamlana bilər və bu Aİ-nin mövqeyidir.

Nazir Sargsyan qonağın xahişi ilə dövlət sərhədində və Artsax-Azərbaycan təmas xəttində olan vəziyyəti təqdim edərək son günlərdə Azərbaycan hərbi-siyasi rəhbərliyi tərəfindən edilən döyüşçül bəyanatlarına toxundu və qeyd etdi ki, bu cür davranış məsələnin sülh yolu ilə nizamlanmasına heç bir şəkildə töhfə vermir.

“Bbelə bəyanatlar etmək üçün böyük bir hikmət lazım deyil, əksinə hikmətin olmaması öz xalqı üçün qaytarılmaz nəticələrlə dolu təxribat təbliğatına yol açır”,-deyə Vigen Sargsyan bildirib.

ER Müdafiə naziri və Aİ xüsusi nümayəndəsi beynəlxalq ictimaiyyət tərəfindən bu cür bəyanatlara layiqli cavab olmasına əhəmiyyət veriblər.

Daha çox göstər
Back to top button