BaşlıcaSiyasət

DQ məsələsinin Artsax xalqının öz vətənində azad yaşama hüququnu pozan heç bir həlli ola bilməz: ER Prezidenti

DQ məsələsinin Artsax xalqının öz vətənində azad və təhlükəsiz yaşama hüququnu pozan heç bir həlli ola bilməz. Bu haqda bu gün fevralın 22-də Yerevanda Livan Prezidenti Mişel Aunla görüşdən sonra jurnalistlərlə görüşdə ER Prezidenti Serj Sarkisyan bildirib.

“livan Prezidentinə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesinin son vəziyyətini təqdim etdim. Bizim yekdil qənaətimizdir ki, Artsax xalqının tarixi vətənində sərbəst və təhlükəsiz yaşamaq hüququnu pozacaq heç bir həlli ola bilməz. Bu baxımda mənim həmkarımla həmfikirik ki, bu münaqişənin nizamlanması nə də olsa, əsasında Dağlıq Qarabağ xalqının öz tarixi ərazisində azad yaşama hüququ olmalıdır”,-deyə Serj Sarkisyan vurğulayıb.

O həmçinin qeyd etdi ki, Livan Prezidenti ilə həmfikirdirlər ki, Qüds məsələsində ən vacib danışıqlar prosesidir və güc tətbiq etməklə bu cür problemlər həll edilə bilməz.

Daha çox göstər
Back to top button