ER Prezidenti: “Biz Ermənistanda Livan investisiyalarının davamlı genişləndirilməsini yüksək qiymətləndiririk”

Fevralın 22-də Livan prezidentinin Ermənistana rəsmi səfəri çərçivəsində Eemənistan Respublikasının Prezident Sarayında Prezident Serj Sargsyan və Livan prezidenti Mişel Aunun xüsusi görüşündən sonra iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə Ermənistan-Livan yüksək səviyyəli danışıqları keçirilib.
ER Prezident Administrasiyasının bildirdiyinə görə, Ermənistan və Livan Prezidentləri danışqılar nəticələrini təşkil edilən mətbuat konfransı zamanı yekunlaşdırıblar.
“Biz ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi dialoqunun saxlanılmasına əhəmiyyət veririk. Parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladıq.
İkitərəfli əlaqələr baxımından iqtisadi komponentə böyük əhəmiyyət verdik. Ermənistanda Livan investisiyalarının davamlı genişləndirilməsini yüksək qiymətləndiririk.Ermənistanın bank, xidmət, kənd təsərrüfatı və bir çox sahələrdə Livan fəaliyyəti görünür. Biz bu nailiyyətləri daha da genişləndirmək isəyirik. Biz ikitərəfli ticarət dövriyyəsinin həcmini artırmaq üçün birgə işləmək barədə razılığa gəldik. Bütün iqtisadi sahəni tənzimləyən bir hüquqi çərçivə var, bu isə iş adamlarımız üçün əlavə bir etimad mühiti yaradır. Ümumilikdə, ölkələrimiz arasında imzalanmış təxminən 50 sənədləri müxtəlif sahələrdə effektiv əməkdaşlıq üçüm möhkəm bir təməldir”- deyə ER Prezidenti Serj Sargsyan qeyd etdi.