Siyasət

Gevorg Kostanyan: “AİHM-də bütüm qaçqınlarımız adından 700-dən çox şikayət var “

Bütün qaçqınlarımız  adından AİHM-də 700-dən çox şikayət var. Bu haqda “ “Sumqayıt qırğınları. Ermənifobiya Azərbaycanın dövlət siyasətidir” mövzusu ilə bağlı parlament dinləmələr zamanı   ER Parlamentinin deputatı Gevorg Kostanyan qeyd etdi.

Deputat öz çıxışında “Sargsyan Azərbaycana qarşı” Avropa Məhkəməsinin son qərarına toxundu, AİHM –in qərarına görə, Azərbaycan 3 a müddətində Sargsyan ailəsinə maddi və mənəvi zərəlrər üçün 5 min avro  təzminat və məhkəmə xərcləri üçün 30 min avro  ödəmək məcbüriyyətindədir.

Kostanyan vurğuladı ki, Sargsyan Getaşendən olmasına baxmayaraq, Avropa Məhkəməsi yalnız Getaşenlı qaçqınların şikayətlərinə baxmayacaq.

“Bu digər yaşayış yerlərindən olan şikayətlərin  müzakirəsini istisna etməyib. Avropa Məhkəməsində olan bütün şikayətlərə baxılacaq. Bununla məhkəmə digər məsələlərin müzakirəsi üçün hüquqi əsas yaradıb, bu Bakı, Sumqayıt, Artsvaşen qaçqınlarının məsləsinin həlli üçün bir nümunədir”-deyə o qeyd etdi.

Kostanyan vurğulayıb ki, AİHM-in qərarı  öz evlərinə qaytarılması da daxil olmaqla, əmlakların qaytarılması, bərpası və qorunmasını təmin edir.

Daha çox göstər
Back to top button