BaşlıcaSiyasət

Prezident sarayında Livan Prezidentinin rəsmi qarşılama mərasimi olub

ER Prezidentinin sarayında bu gün rəsmi səfəri ilə Ermnənistan Respublikasında olan Livan Respublikası Prezidenti Mişel Aunin rəsmi qarşılama mərasimi olub, sonra isə Ermənistan və Livan prezidentlərinin görüşü başlayıb. Bu haqda ER Prezident administrasiyasından məlumat verilir.

ER Prezidenti qeyd edib ki, iki ölkə iki ölkə arasındakı dövlətlərarası əlaqələrin 25 il tarixi var, lakin xalqların dostluğu əsrlərdir davam edir. “Təbii ki, erməni icması iki xalq arasında dostluğun güclənməsində böyük rol oynayır. Biz Livan xalqına və hakimiyyətinə bizim soydaşlarımızı göstərilən qayğıkeş münasibət üçün çox minnətdarıq. Biz Livan hakimiyyətlərinə, o cümlədən parlamentinə Erməni Soyqırımı faktının tanınması üçün minnətdarıq. Bu, çox əhəmiyyətli bir töhfədir”,-deyə Serj Sarkisyan qeyd etdi.

Prezident Mişel Aun Ermənistan Respublikasında olmaq üçün şərəf duyduğunu deyərək qeyd edib ki, “mənim nümayəndə heyətimin tərkibində Livandakı erməni icması nümayəndələri Turizm naziri, Daşnaksütyun Partiyasının sədri, millət vəkili bagratunyan vardır. Erməni icması Livanın inkişafı, çiçəklənməsi işində böyük rol oynayıb. Səfər Ermənistan-Livan arasında münasibətlərin gücləndirməsinə yönəlmişdir”.

Daha çox göstər
Back to top button