Yüklər Ermənistan-İran və Ermənistan-Gürcüstan sərhəd keçid məntəqələrindən əlavə gömrük nəzarəti olmadan keçiləcək

Ermənistan, İran və Gürcüstan gömrük orqanları yaradılan yeni platforma ilə məlumatlar mübadilə edəcək. Jurnalistlər ilə söhbətində bu barədə Dövlət gəlir komitəsinin sədrinin müavini Armen Sakapetoyan bildirib.
Onun sözlərincə Ermənistan-İran və Ermənistan-Gürcüstan sərhəd keçid məntəqələrində gömrük rəsmiləşdirilməsi üçün lazım olan elektron məlumat mübadiləsinin təminatı üçün proqram platformasının yaradılmasını nəzərdə tutulur. “Məsələn Fars körfəzindən Gürcüstan limanlarına daınşınmalı yüklər və ya məhsullar artıq bütün keçid məntəqələrində gömrük nəzarəti altında olmayacaq”- deyə o bildirərək, əlavə edib ki, deyişliklər riskli olmayan məhsullara aiddir.
“Tranzit yük daşınmasılar zamanı təsərrüfat subyektləri bu platformadan istifadə edə və əlavə gömrük nəzarəti olmadan yük daşımaları həyata keçirə bilər”- deyə Sakapetoyan qeyd edib.
Proqram BMT-nin “Ermənistanda miqrasiya və sərhəd idarəsi proseslərinə yardım” proqramı çərçivəsində həyata keçirilir.