Təhlil

Ekspert vəkilliyin dəstəklənməsi ilə bağlı hakimiyyətin addımlarını tənqid edir

Azərbaycan prezidentinin 22 fevral sərəncamına əsasən vəkilliyin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər əslində vəkilliyin hökumətin nəzarətinə götürülməsi deməkdir. “Turan.az” saytına əsasən, bu barədə hüquq sahəsində ekspert Elman Fəttah bildirib.

Vəkillərin peşəkarlığının artırılması, vəkillik institutunun möhkəmləndirilməsi və əhalinin etibarlı müdafiəsinin təmin edilməsi barədə fikirlər sözdən başqa bir şey deyil.

“Əgər belədirsə, ən peşəkar, səriştəli, vicdanlı vəkillərin uydurma bəhanələrlə Kollegiyadan xaric edilməsini nə ilə izah etmək olar?

Ona görə də sərəncamda yazılanlar real həyatda baş verənlərə uyğun gəlmir”, – E.Fəttah qeyd edib.

Vəkil xidmətlərinə görə ödənişlərin həcminin artırılmasında, Kollegiyanın və regionlarda hüquq məsləhətxanalarının bina ilə təmin edilməsində məqsəd vəkilliyi hakimiyyətin nəzarətinə götürməkdir.

“Bundan öncə hakimiyyət KİV və məhkəmələri nəzarətə götürüb. İndi də vəkilliyin üzərində nəzarət yaradır. Faktiki müstəqli vəkillik institutu yox olmaqdadır”, – E.Fəttah vurğulayıb.

Daha çox göstər
Back to top button