Ekonomika

Deputat Azərbaycanda benzinin qiymətinə və keyfiyyətinə etiraz etdi

“Rusiyada benzin Azərbaycandan 26 faiz ucuz, əmək haqqı isə 2.1 dəfə yüksəkdir”

“Azərbaycanda benzinin qiymətini dünya qiymətləri ilə müqayisə edib “ucuzdur” deyirlər.

Amma qiymətləri Rusiya və Qazaxıstanla müqayisə etdikdə benzinin qiymətinin baha olmasını görürük”.

“Meydan.tv” saytına əsasən, bunu fevralın 23-də Milli Məclisdə çıxışı zamanı deputat Əli Məsimli deyib. O bildirib ki, Rusiyada benzinin qiyməti bizdən 26 faiz aşağı, əmək haqqı isə 2,1 dəfə yüksədir:

“Qazaxıstanda da benzin bizdəkindən 6 faiz ucuzdur. O ölkədə əmək haqqı isə 1,5 dəfə bizdən yüksəkdir”.

Deputat Azərbaycanda benzinin qiymətinin yüksək, keyfiyyətinin isə aşağı olduğunu və bu səbəbdən avtomobillərin tez sıradan çıxdığını vurğulayıb. Onun fikrincə, benzinin keyfiyyətinin aşağı olmasına səbəb qatqılardır. Deputatın sözlərinə görə, benzini 2 gün saxlayandan sonra əlavə qatqıların qatılması açıq görünür.

Daha çox göstər
Back to top button