Ekonomika

Azərbaycanın çirkli pullarının yuyulduğu bank bağlanır

Depozitlər baxımından üçüncü ən böyük Latviya bankı – ABLV – Avropa Mərkəzi Bankının qərarı ilələğv ediləcək.

Bank əsasən MDB ölkәlәrindәn olan müştərilərə xidmət göstәrir. Bu barədə “Azadliq.info” məlumat yayıb.

Bankın kapital axınına və likvidlik göstəricilərinin pisləşməsinə görə ABLV bankı borcların və götürdüyü öhdəliklərin öhdəsindən gələ bilməyəcək vә ləğv ediləcək.

Eyni zamanda, ABLV bankı 24 fevral şənbə gecəsi Latviya tənzimləyicisinin (Maliyyəvə Sərbəst Marketinq Komissiyasının) ödənişlərin mümkünsüzlüyü barədə qərarına istinad edən bir bəyanat yayımlayıb.

Bu qərarı bank rәhbәrliyi siyasi adlandırıb. ABLV-nin bəyanatında deyilir ki, bank bütün tənzimləyici tələblərini yerinə yetirib və 1,36 milyard avro toplayıb ki, bu da əmanətlərin 86 faizini təmin etmək üçün kifayətdir.

Daha çox göstər
Back to top button