Siyasət

Ermənistana qarşı Azərbaycan prezidentinin ambisiyaları beynəlxalq mənfi reaksiyalara səbəb olublar

Azərbaycan prezidenti İlham Əliyevin “öz tarixi torpaqları”-nı qayıtmaqla bağlı bəyanatları rəsmi Bakı üçün ciddi diplomatik skandala yol açıblar. Rusiya və Fransa Bakını açıq şəkildə təxribatçı bəyanatlar səsləndirməkdən çəkinməyə çağırıblar. Bu haqda “Eurasianet”-də analitik Bredli Cardin öz “Ermənistana qarşı Azərbaycan prezidentinin iddiaları beynəlxalq mənfi reaksiya doğurublae” adlı məqaləsində yazıb.

Müəllif qeyd edir ki, Azərbaycan prezidentinin başçılıq etdiyi “Yeni Azərbaycan” partiyasının qurultayı zamanı fevralın 9-da Ermənistan paytaxtı Yerevanı Azərbaycanın “tarixi torpağı” adlandıraraq qeyd edib ki, o onların “siyasi və stratejik məqsədidir” və “buna nail olmaq üçün onlar addım-addım çalışmalıdırlar”.

Analitik deyir ki, ER Prezidenti Serj Sarkisyanın cavabı gec qalmayıv. Fevralın 12-də o, mətbuat konfransı zamanı bildirib: “Onlar bu iddialardan imtina etməyib xəyal etməyə davam etsələr, Yerevanı və Zangezuru işğal etməkdən bəhs etsələr, məsələnin həlli üçün heç bir ümid ola bilməz”.

Müəllif qeyd edir ki, beynəlxalq ictimaiyyət, xüsusilə də RF XİN mətbuat katibi Maria Zaxarova və Fransa Xarici İşlər Nazirliyi də bu məsələyə reaksiya veriblər.

Bredli Cardin deyir ki, Əliyev keçmişdə də bu cür bəyanatlarla çıxış edib. Müəlliv vurğulayır ki, bəzi şərhçilər onun son düşmən ritorikasını aprelin 11-də keçiriləcək erkən prezident seçkiləri ilə şərtləndirirlər.

Daha çox göstər
Back to top button