Təhlil

Armen Marukyan: Sumqayıt olayları Azərbaycan hakimiyyəti tərəfindən başlanmış soyqırım siyasətinin başlanğıcı idilər

Sumqayır olayları Azərbaycan hakimiyyəti tərəfindən başlanmış soyqırım siyasətinin yalnız başlangıcı idilər. Bunu jurnalistlərlə görüşdə ER Milli Elmlər Akademiyasının Erməni məsələləri və Erməni soyqırımı tarixi şöbəsinin müdiri, tarix elmləri namizədi, dosent Armen Marukyan bildirib.

Onun sözlərinə görə, Sumqayıt olayları və Bakı qırğınları, Gurgen Margaryanın öldürülməsi və aprel hadisələri o siyasətin davamı idi.

“Bu soyqırım siyasəti idi. Sumqayıt olaylarına və Sovet ədaləti tərəfindən “xuliqan motivlərlə cinayətlər” adlandırılan cinayət işlərinin materiallarına birlikdə baxılmalıdır, lakin bir neçə kiçik hissələrə bölünmüşdü”.

Marukyanın sözlərinə görə, soyqırım cinayətlərinin qarşısını alma və cəzalandırma barədə Konvensiyanın maddələri ilə müqayisə edəndə qeyd edə bilirik ki, burada söz soyqırımdan gedir. Etnik və dini qrupların tam və ya qismən məhv edilməsi, qeyri-insani şəraitlərin yaranması soyqırımdan başqa heç bir sözlə adlandırılmaz.

Daha çox göstər
Back to top button