Siyasət

Azərbaycan ordusununun daha bir əsgərinin həlak olduğu bildirilir

Fevralın 26-da Azərbaycan ordusununun daha bir əsgəri – Salyan rayonu hərbi komissarlığından hərbi xidmətə çağırılan Qurban Xanlar oğlu Cəfərovun həlak olduğu bildirilir. Məlumatı mərhumun qohumu İlkin Hüseynov öz “Facebook” səhifəsində paylaşıb.

19 yaşlı Q.Cəfərov Salyan rayonu Dayıkənd kənd sakinidir. Məlumata görə, o, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışma nəticəsində həlak olub.

Müdafiə Nazirliyi rəsmi məlumat yaymayıb. Yaxınlarının sözlərinə görə, Q.Cəfərov Neftçala rayonu Xol Qarabucaq kəndində babasının məzarının yanında dəfn edilib.

Razm.info elavə edir ki, il başından bəri Azərbaycan SQ-nin 7 hərbçisi ölmüşdü. İtkilərin sayı rəallıqda daha çox ola bilər, çünki Azərbaycan öz itkilərini gizli saxlamağa davam edir.

Daha çox göstər
Back to top button