Beynəlxalq

İİR Energetika naziri : “ İran Ermənistanı AII bazarlarına daxil olmaq üçün pəncərə kimi baxır”

İran Ermənistanı Avrasiya İqtisadiyyat İttifaqının bazarlarına çıxmaq üçün pəncərə kimi baxır. İranın Energetika naziri Reza Ardakiani fevralın 27-də Yerevanda Ermənistan-İran hökumətlərarası komissiyasının 15-ci iclasında bu haqda bəyan edib.
Onun sözlərincə, Ermənistan 80 milyonluq İran bazarının 160 milyonluq Avrasiya İqtisadiyyat İttifaqı bazarı arasında körpü ola bilər. “İranın xarici siyasəti yalnız region ölkələri ilə əməkdaşlığı inkişaf etdirməklə deyil, həm də bütün dünyaya aiddir. Hesab edirəm ki, Ermənistan-İran siyasi münasibətləri region ölkələri arasındakı münasibətlərin yaxşılaşdırılmasına və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməyə kömək edəcəkdir” – deyərək İranın Energetika naziri bəyan etmişdir.
Onun sözlərinə görə, beynəlxalq nəqliyyat dəhlizlərinin, multimodal yüklərin inkişafı və İran tərəfinin Şimal-Cənub dəhlizinin bəzi hissələrinin tikintisində iştirakı mühüm rol oynayacaq. Rza Arakyanyanın sözlərinə görə, Ermənistan tərəfinin təşəbbüskarı olan Ermənistan-İran sərhəd keçid məntəqəsinin modernləşdirilməsi olduqca mühümdür.

Daha çox göstər
Back to top button