Ekonomika

İran Enerji naziri: “İran Ermənistana qaz ixracını artırmağa hazırdır”

“Qaz və elektrik enerjisinin mübadilə məsələsində çox xeyirli danışıqlar aparılır və İran Ermənistana qaz ixracını artırmağa hazırdır”- deyə bu barədə bu gün Yerevanda keçirilmiş Ermənistan-İran hökumətlərarası komissiyasının 15-ci iclasından sonra jurnalistlər ilə söhbətində İslam Respublikasının Enerji naziri Reza Artdakania “İran tərəfi Ermənistana əlverişli qiymətlərlə qaz tədarük etməyə hazır olduğunu bildirib. Bu məqbul qiymət nədir?” sualına cavab verərək, bildirib.

“Mən düşünürəm ki, yaxın gələcəkdə İran və Ermənistan tərəfləri arasında danışıqlar aparılacaq. İran tərəfindən bu danışıqlarda Neft nazirliyi, Ermənistan tərəfindən isə Enerji və təbii servətlər nazirliyi iştirak edəcək. Düşünürəm ki, yaxın gələcəkdə bu danışıqların nəticəsi və xəbərləri xalq üçün açıq olacaq”- deyə nazir bəyan edib.

 

 

Daha çox göstər
Back to top button