Siyasət

Bütün bu olanlar unudulmayacaqdır: Sumqayıt olaylarının 30-cu illiyinə dair Fransa-Ermənistan dostluq qrupunun bəyanatı

Fransa-Ermənistan dostluq qrupu üzvləri Sumqayıt faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıblar. Bəyanatda deyilir:

“Sumqayıt: bu isim hər kəsdən uzaq və yabancı bir yeri xatırladır, lakin  Cənubi Qafqazın (Azərbaycan) bu ərazisində 3 gün boyunca (1988-ci il fevralın 27-də, 28-də və 29-da) qadınlar, uşaqlar və yaşlılara qarşı məhz erməni oldukları üçün zoraklıq və vəhşilik törədilib. Hazırda Sumqayıtda 18 min nəfər yaşayır.

Onlar erməni idi, yaxşı bir dövlətdə yaşamırdı, Sovet İttifaqının zəiflənməsi milliyyətçiliyin artmasına səbəb olurdu, “başkalara” qarşı nifrət və zoraklıq hissləri “Erməni ovu”-na, qadınlar, uşaqlar və kişilərin qırğınlarına yol açdılar.

Sonra isə, Azərbaycanda yaşayan ermənilərin kütləvi “sürgünü” başlayıb. 1988-1990-cı illərdə təxminən 400 min erməni bu Qafqaz bölgəsini, öz ərazisini və kəndini tərk edib.

1990-cı il sentyabrın 27-də Jak Derida, Lyuk Feri, Yurgen Habermas, Emanuel Levinski, Pol Rikyor kimi ziyalılar “irqçi ideologiya” ilə həyata keçirilən anti-erməni qırğınları pislədilər.

Parlamentin Fransa-Ermənistan dostluq qrupunun üzvləri olaraq 30 il əvvəl Sumqayıtda baş vermiş bu qırğınları xatırlatmaq istəyirik. Bu olanlar unudulmayacaq. Ədalət qalib gələcək.

Bu qırğınlar Dağlıq Qarabağda artıq daimi olan zoraklıqlara, müharibəyə və “başkalara” qarşı nifrətə yol açıblar.

Sumqayıt qırğınlarının anma günündə bizim dostluq qrupumuz Dağlıq Qarabağ münaqişəsinin gücün tətbiq olunmamasına, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququna əsaslanan sülh və danışıqlar yolu ilə nizamlanmasına nail olmağa çağırırıq”.

Daha çox göstər
Back to top button