Siyasət

İlqar Altay MSK-nı məhkəməyə verib

Prezidentliyə namizədliyini irəli sürən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verib.

Bu barədə İlqar Altay özü Meydan TV-yə bildirib.

İlqar Altay iddia edir ki, Mərkəzi Seçki Komissiyası 6 fevral tarixli növbədənkənar seçkilərin təyini qərarında öz müstəqil ali qurum və düşünmə səlahiyyətini kənara qoyub, avtomatik prezidentin bu barədəki 5 fevral sərəncamı və Seçki Məcəlləsinin 179.2 maddəsinə istinad etməklə səhv və qanunsuz addım atıb:

“Çünki bu maddə Konstitusiya və Seçki Məcəlləsi təqviminə uyğun növbəli seçkilərin tənzimi üçün nəzərdə tutulub, növbəsiz seçkilər üçün yox. O mənada ki, bu növbədənkənar seçki təyini qərarı ilə yeni seçki tarixi də müəyyən olunmuş olur və yeni fərqli seçki elanı ilə start günü arasında cəmisi 5 iş günü müddət qalmış olur. Seçkilərin Konstitusiya və Seçki Məcəlləsində göstərilən 17 oktyabr 2018-ci il tarixində keçirilməsini öncədən bilən prezidentliyə namizədliyə iddialılar üçün seçki təyini və bir həftə sonrakı start problem deyildi. Onlara seçki tarixi əvvəlcədən məlum idi və təyin (2 ay 7 gün əvvəl) gününü də təxmin edirlər. Ancaq qəflətən seçki tarixinin dəyişməsi və ardınca da, 5 gündən sonra seçki marafonuna start verməsi ilə MSK namizədliyə iddialıların hüquqlarını kobud pozub. O mənada ki, onlar seçki tarixini qəflətən eşidiblər və məzuniyyətdə, ezamiyyətdə, xəstəxanada müalicədə, uzaq xaricdə ola bilmələri ilə bağlı fiziki çatdıra bilməzlər. Bəzi namizədliyə iddialılar seçki kampaniyası üçün təqvim üzrə olacaq oktyabr seçkilərindən bir qədər öncəyə maddi imkanlarını toparlamaq və başqa imkanlarını səfərbər etmək fikrində olardı”.

İlqar Altay hesab edir ki, MSK qeyd etdiyi reallıqları nəzərə alıb, Prezident və Konstitusiya Məhkəməsi ilə məsləhətləşib seçkiləri heç olmasa ən tezi 2-3 ay sonraya, iyun- iyul dövrünə təyin etməli idi:

“Bu mənada mənim də Konstitusiya üzrə seçilmə-passiv seçki hüququ olan vətəndaş, ötən 2013-cü il prezident seçkilərində namizədliyə iddialı kimi MSK tərəfindən qeydiyyata alınan ictimai təşkilat rəhbəri, tanınmış ictimai aktiv şəxs, elmi dərəcəli hüquqşünas kimi hüququm pozulub. Normal təqvim zamanında keçiriləcək seçkilərin vaxtının qəflətən dəyişildiyi dovrdə xaricdə müalicədə olmuşam, klinikalarda əməliyyatqabağı müayinə zamanı bu xəbəri eşitmişəm. Rəhbərlik etdiyim “İctimai Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tələsik seçkilərdə iştirakıma qərar versə də, mətbuatda mənim seçkilərdə iştirakım barədə məlumatlar yayılsa da və ölkəyə qayıdıb seçki marafonuna qoşulmağa cəhd etsəm də, fiziki cəhətdən, bu, mümkün olmayıb. Seçki marafonu startının vaxtını itirmişəm. Seçki öz vaxtında keçirilsəydi və ya ən azı 2-3 ay öncədən start vaxtı məlum olsaydı, cərrahi əməliyyatımın təyin vaxtını da uyğunlaşdırardım. Bundan başqa, MSK müstəqil ali seçki orqanı (həmçinin prezident seçkisini aparan) olaraq prezidentin növbədənkənar seçki təyini sərəncamını araşdırmadan, onun qanuniliyini, bu sərəncamla prezident seçkisi aparmaq mümkünlüyünü dəqiq müəyyən etmədən avtomatik olaraq sərəncamın ertəsi günü, sanki prezident icraçısı kimi təcili qərar qəbul edib. Halbuki Prezident sərəncamının istinad edildiyi Konstitusiyanın 101-ci maddəsinin 1-ci bəndinin “Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər” ikinci cümləsi ilə, belə bir fövqəladə və dövlət-xalq əhəmiyyətli növbədənkənar tədbir üçün konkret hüquqi əsas və səbəb göstərilmir ki, hansı halda, əsasda keçirilə bilər. Konstitusiyanın başqa heç bir yerində də bu göstərilmir. Amma mütləq göstərilməli idi. Necə ki, bu Konstitusiyanın 105.1-ci maddəsində növbədənkənar prezident seçkilərinin keçirilməsinə konkret səbəb göstərilir:

“Prezident vaxtından əvvəl vəzifədən getdikdə… istefa verdikdə, səhhəti çökdükdə və ya cinayət etdikdə”.

Daha çox göstər
Back to top button