Təhlil

Avropa Parelamentinin deputatı: Yalnız Artsax xalqının öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi sülh gətirə bilər

Brüsseldə olan Avropa Parlamentində fevralın 28-də Qarabağ hərəkartının 30-cu il dönümünə həsr edilmiş “Dağlıq Qarabağ və Avropa İttifaqı 1998-2018” adlı konfransı keçirilib. EuFoA, AGBU və AP Avropa Xalq Partiyası tərəfindən təşkil edilmiş konfransda AP deputatları Frank Engel, Eleni Teoxarus, Yaromi Ştetina, Lars Adaktuso və jurnalist Tsvetana Paskalyeva, Hollandiya Klingendale Universitetinin mütəxəssisi Pol Mirts, Portuqaliyanın Koimbra Universitetinin professoru Lisina Simao çıxış etdilər.

Açılışında Frank Engel qeyd etdi ki, artıq 30 il keçdi, lakin “biz hələ ki, izləyici yerində qaldıq”. “1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra Dağlıq Qarabağ münaqişəsi dondurulmuş durumdadır, regiondakı vəziyyət çox qeyri-sabitdir və Türkiyə-Rusiya arasında regional oyuna çəvirilmişdir”.

Eleni Teoxarus həmçinin əlavə edib ki, münaqişə həlli ilə Minsk Qrupu məşğuldur. Deputatın sözlərinə görə, Aİ heç bir zaman münaqişənin nizamlanması mərkəzində olmayıb, lakin AP önəmli bəyanatlar qəbul edib və Azərbaycanı Qarabağ xalqına qarşı təcavüzünü dayandırmağa çağırıb. Eleni Teoxarus DQ xalqının öz müqəddəratını təyin etmək hüququna öz dəstəyini bildirib.

“Aİ özünü və insan hüquqlarını alçaltır. Bir tərəfədn Artsax xalıqının öz müqəddəratını təyin etmək hüququnu, digər tərəfindən isə süni Azərbaycan dövlətinin ərazi bütövlüyünü dəstəkləyir. Yalnız öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi sabitliyə və sülhə gətirə bilər”,-deyə Eleni Teoxarus əlavə etdi ki, Artsax münaqişəsinin Kataloniya, Kosovo və Kipr işğalları ilə heç bir əlaqəsi yoxdur.

Daha çox göstər
Back to top button