Beynəlxalq
BMT-də Xədicə İsmayılın çıxışı yayıldı

Araşdırmaçı-jurnalist Xədicə İsmayılın BMT İnsan Haqları Şurasının sessiyasında videoçıxışı olub. Bu barədə “Azadliq.info” saytı məlumat yayıb.
Fevralın 26-dan martın 23-dək keçirilən illik sessiyada dünyada insan haqlarının vəziyyəti ilə bağlı təşkilatın baş katibi, ali komissar və məruzəçilərin hesabatları dinlənilir.
X.İsmayılın Azərbaycandan çıxmasına qadağa qoyulduğundan o, tədbirə videobağlantı ilə qatılıb.
Jurnalist Azərbaycandakı korrupsiya, qanunsuz biznes, yoxsulluq, səhiyyə və digər sahələrdəki problemlərdən danışıb, hakimiyyəti sərt tənqid edib.
X.İsmayılın bu tənqidlərinə hələlik Bakıdan rəsmilər hər hansı şərh verməyiblər.