Siyasət

Brüsseldə Azərbaycan-Qarabağ münaqişəsinin hüquqi aspektləri ilə bağlı müzakirələr aparılıb

Brüsseldə rəsmi səfərdə olan Artsax Respublikasının xarici işlər nazirinin müavini Armine Aleksanyan fevralın 26-dan və fevralın 27-dək Avropa Siyasi Araşdırmaları Mərkəzində (CEPS)  Azərbaycan-Qarabağ münaqişəsinin hüquqi aspektlərinə həsr olunmuş  qapalı müzakirədə iştirak etdi.

Bu haqqda Artsax Respublikasının Xarici İşlər Nazirliyinin  bəyanatında qeyd edilir.

Müzakirədə beynəlxalq hüquq mütəxəssisləri, siyasi ekspertlər və diplomatlar iştirak ediblər.

Müzakirənin nəticələri  fevralın 27-də Avropa Parlamentində təşkil olunmuş dəyirmi masada yekunlaşdırılıb. Dəyirmi masa zamanı Armine Alkesanyan münaqişəsinin sülh yoluyla nizamlanmasına dair Artsaxın mövqeyini təqdim etdi.

Tədbirdə Avropa Parlamentinin deputatları, Avropa Birliyinin strukturlarının nümayəndələri, ER diplomatları, elmi tədqiqat mərkəzlərinin mütəxəssisləri iştirak etdi.

Tədbirdə Artsax Respublikasının xarici siyasət və təhlükəsizlik üzrə İctimai Şurasının  baş eksperti  Artsak Beglaryan da çıxış etdi.

Daha çox göstər
Back to top button