
Bu gün Ermənistan parlamentində ölkənin yeni prezidentinin seçkisi keçirilib. Armen Sarkisyan ölkənin yeni prezidenti seçilib. Armen Sarkisyanın namizədliyinə 90 deputat lehinə, 10 deputat isə əleyhinə səs verib.
Bu haqda ER Parlamentinin Xüsusi Hesablama Komitəsinin sədri Gagik Melikyan qeyd etdi.
“101 deputat səsvermədə iştirak etdi. Seçki qurusunda 101 seçki bülleteni vardı, bir bülleten yararsız hesab edilib. Beləliklə, Armen Sarksyan Ermənistan Respublikasının Prezidenti seçilib”- deyə Melikyanq eyd etdi.
Armen Sargsyan 1953-cü ilin iyun 23-də Yerevan şəhərində anadan olub. Yerevan Dövlət Universitetində təhsil almışdır. 1976-1984-cü illərdə Yerevan Dövlət Universitesində müəllim işləmişdir. Kembric Universiteti, London Universitetinin Riyaziyyat İnstutundə də müəllim işləmişdi.
1991-1995-ci illərdə Ermənistanın Böyük Britaniyadakı səfiri idi.
1995-1996-cı illərdə Avropa Birliyində ER Missiyasının rəhbəri idi. 1996-1997-ci illərdə Ermənistan Respublikası baş nazir vəzifəsində işləyib .
1998-1999-cı illərdə yenidən Ermənistan Respublikasının Böyük Britaniyada səfiri vəzifəsində çalışıb.
2013-cü ildə Armen Sargsyan 3-cü defa Ermənsiatnın Böyük Britaniyadakı səfiri olub.
Teorik fizika, astrofizika, siyasi elm və keçid iqtisadiyyatı üzrə bir çox elmi məqalənin və nəşrlərin müəllifidir.