İdman

Azərbaycanlı mühacirlər Avropada yeni hərəkat yaradıblar

“Bu hərəkat Azərbaycanda hakimiyyət dəyişikliyinə kimi davamlı fəaliyyət göstərəcək”

Avropada yaşayan bir qrup azərbaycanlı fəal Berlin şəhərində toplaşaraq yeni hərəkatın təməlini qoyub. Bu barədə onların videomüraciətində deyilir. Hərəkatın tərkibində Orduxan Teymurxan, Tural Sadıqlı, Rəsul Mürsəlov, Məhəmməd Mirzəli, Tural Həsənzadə və digər siyasi fəallar var.

Videomüraciətdə bildirilir ki, Avropada yaşayan fəalların başlatdığı bu hərəkat Azərbaycanda hakimiyyət dəyişikliyinə kimi davamlı fəaliyyət göstərəcək. Fəallar dünyada və Azərbaycanda yaşayan bütün azərbaycanlılara səslənərək siyasi proseslərdə yaxından iştirak etməyə və onlara dəstək verməyə çağırıb. Son zamanlar Avropada yaşayan bu fəalların Azərbaycandakı ailələrinə qarşı təzyiqlər yaranıb.

Daha çox göstər
Back to top button