BaşlıcaSiyasət

Gürcüstan Baş naziri Ermənistana gəldi

Gürcüstan Baş naziri Grigori Kvirikaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistan rəsmi səfərə gəldi. Kvirikaşvilinin təyyarəsi Yerevanın “Zvartnots” hava limanına düşdü. Gürcüstan Baş nazirini ER Baş naziri Karen Karapetyan qarşıladı.

Grigori Kvirikaşvilinin başçılıq etdiyi nümayəndə heyətində Baş nazirin birinci müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Dimitri Kumsişvili, Baş nazir müavini, xarici işlər naziri Mixail Canelidze, müdafiə naziri Lyevan İzoria, maliyyə naziri Mamuka Baxtadze və digər rəsmilər var.

Səfər çərçivəsində ER Prezidenti və Baş naziri ilə görüşlər keçiriləcək.

Hökumətdə Karen Karapetyan və Grigori Kvirikaşvilinin görüşü olacaq. Sonra isə, nümayəndə heyətlərinin toplantısı keçiriləcək. Danışıqlar çərçivəsində iki ölkə Baş nazirləri nəticələri ilə bağlı bəyanatlar verəcək.

Gürcüstan Baş naziri Tsitsernakaberd kompleksinə gtedəcək və Erməni Soyqırımı qurbanlarının xatirəsini yad edəcək. Grigori Kvirikaşvlili “Tumo” yaradıcılıq texnologiyalarının mərkəzinə gedəcək.

Daha çox göstər
Back to top button