Ermənistan və Gürcüstan bir-birinin imkanlarından istifadə edərək regional əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyə razılaşıblar. Bu barədə Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili Ermənistan Baş naziri Karen Karapetyanla görüşlərdə bildirib.
Bu haqda ER hökumətində ER baş naziri Karen Karapetyan ilə keçirilən danışıqları təhlil edərkən Gürcüstanın baş naziriQerqi Kvirikaşvili qeyd edib.
“Mənim həmkarım tərəfindən regional əhəmiyyətliəməkdaşlığa toxunuldu.Biz Gürcüstanla Ermənistanın çoxtərəfli layihələrdə daha fəal iştirak etməyə hazırıq. Hesab edirik ki, azad ticarət xətti və müqavilələr şəbəkəsindən ikitərəfli faydalana bilərik, əlbətdə ki, azad ticarət xəttindən hansı ki, Ermənistan və Gürcüstanın varıdırondan çıxış etməklə.Ermənistanın imkanları həmçinin Gürcüstan tərəfi istifadə edə bilər”-deyərək Gürcüstanın baş naziri qeyd edib. Georgi Kvirikaşvili həmçinin vurğulayıb ki, Gürcüstan Ermənistan və AvropaBirliyi arasında geniş bir sazişin imzalanmasını alqışlayır. “Hər iki tərəfdə yüksək səviyyəli səfərlərin intensivləşdirilməsi və iki ölkə arasında əməkdaşlıq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi zərurəti olduğunu qəbul edərək razılığa gəldik. Biz də yaxın gələcəkdə texniki qrupların görüşlərin ikitərəfli əməkdaşlıq üzrə Komitəsinin iclasını təşkil etmək üçün razılaşdıq və ümidvarıq ki, belə görüş 2018-ci ildə həyata keçiriləcək “ – deyərək Gürcüstanın baş naziri bəyan edib.