Meksikada Qafqaz reaksiyaları: Dağlıq Qarabağ müharibəsinin 30-cu il dönümü: El Universal
Meksikanın aparıcı El Universal qəzetində Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc edilib. Məqalnin adı “Meksikada Qafqaz reaksiyaları: Dağlıq Qarabağ müharibəsinin 30-cu il dönümü”-dür. Məqalənin bir qismi təqdim edirik.
1905-ci ildə Oskar Uayld və Gabriel Danuntsionun dostu, Qvatemalalı yazıçı və jurnalist Enrike Gomes Karilyo ölkədəki vəziyyətlə bağlı məqalə hazırlamaq üçün Rusiya İmperiyasına səyahət etdi. Gomes Karilyo nəticə olaraq “Müasir Rusiya” adlı çalışmasını yayıb. Məqalənin bir qismi müsəlman əhalisini rəsmi Moskvaya sadiq tutmaq üçün Bakıda tatarlar tərəfindən (müəllif azərbaycanlıları elə adlandırır) erməni əhalisinə qarşı törədilmiş qırğınlar haqqındadır. Qvatemalalı yazıçının təqdim etdiyi dəhşətli səhnələr dünyada xristianlıq qəbul edən ilk milləti olan ermənilərə qarşı regionda davam olunan zoraklıqların başlanmasını göstərir və bizi Dağlıq Qarabağ münaqişəsinin əsas köklərinə gətirir.
Dağlıq Qarabağ kökləri tarixin dərinliklərinə gedirlər. Artıq yaxın keçmişdə bölgə Rusiya, Türkiyə və İran imperiyalarının təsiri altında idi. 20-ci əsrin əvvəllərində Bolşevik Qoşunlarının Qafqaza girməsi, sonra isə Sovet İttifaqına qoşulması, Stalinin qərarı ilə regionu bölmək və ermənilərin millətçi ambisiyaları zəiflətmək üçün bu bölgə müsəlman Azərbaycana verildi. Sovet rəhbərliyi sabitliyin nisbədən uzun dövrünü təmin etdi, lakin yerli əhalisinin 94% erməniləri Ermənistana qoşulmak üçün bir neçə müraciyyətlər göndərmişdi.
Sovyet İttifaqında “perestroyka” siyasətinin nəticəsində 1988-ci ildə Qarabağdakı Ermənilər yenidən Ermənistana birləşmək üçün Moskvaya müraciət etdilər, lakin ərizə rədd edilib. Ərizə Azərbaycanda Ermənilərə qarşı yeni dəhşətliklərə səbəb olub. Xüsusən, 27 fevralında Bakıdan 30 kilometr aralıda olan Sumqayıt şəhərində Ermənilərə qarşı qırğınlar törədilib, bunun nəticəsində Xəzər dənizindəki Sovyet desantçı birlikləri bu faciəni dayandırmaq üçün şəhərə girdilər.
Bu hadisələr münaqişə üçün devrilişli olub. Ermənilərə qarşı zorakılıklarının aradan qarıdırılmadığı zaman, Dağlıq Qarabağ münaqişəsnin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün Azərbaycanla danışıqların mümükün oolmadığını aydın olub. Beləliklə bu qarşudurma Qarabağ erməniləri və Azərbaycan arasında hərbi münaqişəyə çevrildi. SSRİ dağıldıqdan sonra Dağlıq Qarabağ müstəqiliyini elan etdi ve müharibəni qazandı, bunun nəticəsində isə ABŞ,Rusiya və Fransa həmsədrliyilə Minsk qrupu yaradıldı.
1994-cü ildə atəşkəs barədə Bişkek pratakolunu imzalandı. Bu andan bəri Dağlıq Qarabağ de fakto respublikanı təqdiqlədi, amma hələ də beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb.
Bu mənada Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin dağılması nəticəsində yaranmış dondurulmuş münaqişələrdən biri olaraq ilk etniklərarası qarşıdurma halına çevrilmişdir və 30 ildir ki, gərginlik davam edir
Sumqayit qırğınlarına əlavə olaraq ermənilər 1988-ci ilin noyabr ayında Kirovabadda və 1990-cı ilin yanvar ayında Bakıda poqromlara məruzə qaldılar.
Dağlıq Qarabağ müharibəsinin 30-cu illiyi Meksika üçün öz böləgdəki siyasətini yenidən nəzərdən keçirmək və təmas xəttində daimi gərginlik nəticəsində Bakı ilə Yerevan arasında yeni hərbi münaqişənin mümkünlüyü hesaba alaraq, yeni əsaslar ciddi və məsuliyyətli olmaq məqsədiylə yaxşı fırsatdır. İlk addım olaraq Meksikada Dağlıq Qarabağda ermənilərin öz müqəddəratını təyin etmək hüququ tanınmalıdır ki, bu da bizim xarici siyasətimizin əsas prinsiplərinə uyğun olacaqdır.
Rikardo Xavier Kardenas Qutyeres
Siyasi əlmlər doktoru, beynəlxalqşünas