İctimaiyyət

Narkoloji dispanserdə yanğın: Ölənlər var

24-ə yaxın ölənin olduğu bildirilir

Martın 2-də səhər saatlarında Bakı şəhərinin Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, saat 08:18-də yanğın tam söndürülüb. Hadisə nəticəsində ölən və yaralananlar var.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 24 nəfərədək şəxs ölüb. Səhiyyə Nazirliyinin mətbuat xidməti hələlik faktı təsdiqləmir. Nazirlikdən verilən məlumata görə, yanğın zamanı xəsarət almış şəxslərdən üçü 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilib.

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, səhiyyə naziri Oqtay Şirəliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hadisə yerinə gəliblər. Ərazi polis nəzarətindədir, hərəkət məhdudlaşdırılıb. Jurnalistlər və xəstə yaxınları dispanserin ərazisinə buraxılmır. Xəstə yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, hadisədən gec xəbər tutublar, hazırda əlaqə saxlaya bilmirlər.

Daha çox göstər
Back to top button