Ekonomika

Azərbaycan banklarının ümumi aktivləri 4 milyard manatdan çox azalıb

2018-ci ilin yanvarında Azərbaycanda fəaliyyət göstərən 30 bank-ın aktivləri 28 mlrd. 169,7 mln. manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında deyilir.

Ötən ilin analoji dövrü ilə müqayisədə bank aktivləri 4 mlrd. 237,4 mln. manat azalıb.

31 yanvar 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,169.7 mln. manat, cəmi öhdəlikləri isə 24,367.9 mln. manat təşkil etmişdir. Sektorun balans kapitalı 3,801.8 mln. manat, əhalinin əmanətləri isə 7,482.5 mln. manat olmuşdur. 2018-ci ilin yanvar ayı ərzində bank sektorunun aktivləri 0.9% (249 mln. manat), öhdəlikləri 0.6% (156 mln. manat), kapitalı isə 2.5% (93 mln. manat) artmışdır. Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,439 olmuşdur. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,207 nəfər təşkil etmişdir.

Daha çox göstər
Back to top button