İctimaiyyət

Azərbaycanlı siyasi mühacirin atasının məzarı təhqir olundu

Avropada mühacirət həyatı yaşayan keçmiş siyasi məhbus Vidadi İsgəndərlinin atasının məzarı qeyri-insani şəkildə təhqir olunub.

Bu hadisə V.İsgəndərlinin hakimiyyəti sərt şəkildə tənqid edən video-çıxışından sonra baş verib. Hadisə Göyçay rayonunda olub.

Rayonda bir qrup şəxs onun atasının məzarına gedərək, məzarı insanlığa sığmayan iyrənc bir şəkildə təhqir edib və prosesi çəkərək, internetə yerləşdirib. Video-görüntüdə onun ünvanına söyüş və təhqir dolu ifadələr işlədilir, bunun V.İsgəndərlinin ölkə başçısına ünvanlanmış tənqidlərinə cavab olduğu bildirilir.

Daha çox göstər
Back to top button