Mədəniyyət

Ermənistan “xəstəlik”-dir: Ermənistanı çox səvən 5 millət

Rusiya, İran, Belarus, Ukrayna və Avropa ölkələrindən bir çox turistlər Ermənistana bir sıra digər maraqlı turistik yerlərdən üstünlük vərərək daha tez-tez gəlməyə başladılar. Bu haqda Sputnik Armeniaya tur bələdçisi Davit Qasparyan məlumat verib.

O qeyd edib ki, Polşalılar, bilindiyi kimi, çox səyahət edən xalqlardan biridir və onların Ermənistana qarşı maraqı da artmışdır. “Avropalılara gəlincə isə, Ermənistana Fransa, Almaniya və Skandinaviya ölkələrindən gəlirlər. Turizm üçün ən yaxşı zaman payızdır”.

Davitin sözlərinə görə, turistlər ermənilərin qonaqpərvərliyini çox bəyənirlər. Tur bələdçisi əmindir ki, xalq istiysə, qonaqları səmimi qəbul edir. Ermənistan qonaqlarını ilk nöbədə Garni və Geğar cəlb edir, çünki Garni post-sovet bölgəsində saxlanılmış tək bütpərəst məbədidir, Geğard monastırı isə mağaralarla maraq doğurur.

Sevam gölü, Xor Virap monastır kompleksi digər məşhur istiqamətlərdəndir. Davit Qasparyanın sözlərinə görə, bu yer həmçinin Ararat dağının ətəyində olduğu üçün maraqlıdır.

Turistlər Tatev monastırı, Noravank və onların arasında olan Areni şərabçılıq kəndini çox bəyənirlər.

Daha çox göstər
Back to top button