Ekonomika

Üç beynəlxalq şirkət Ermənistanda biotexnologiya sahəsini inkişaf etdirəcək

«FMD K&L Europe» şirkəti Ermənistanda biotexnologiya sahəsinin təşviqi üçün İsveçrənin «Sylex» və «Clinerion» şirkətləri ilə Anlaşma Memorandumu imzaladı. Bu haqda “Armenpress”-ə Ermənistan İnkişaf Fondunun mətbuat xidmətindən məlumat verilirb.

Üç şirkət Ermənistnda biotexnologiyalar və klinik tədqiqatlar sahəsində investisiyaların təşviq edilməsi, beynəlxalq ən yaxşı təcrübələrin tətbiq edilməsi üçün əməkdaşlıq edəcək.

“Əməkdaşların aparıcı texnologiyaları, təcrübələri və bizim imkanlarımız göstərir ki, bu təşəbbüs sahənin inkişafı üçün yeni imkanlar açacaq”,-deyə “FMD K&L Europe” şirkətinin direktoru Kirit Velani qeyd etdi.

“Xarici investisiyalarla işləyən şirkətlərin Ermənistanın investisiya sahəsi ilə bağlı qiymətləndirməsi xarici şirkətləri Ermənistana gətirməklə görünür və bunun ən yaxşı nümunəsi bu üç tərəfli layihədir”,-deyə Ermənistan İnkişaf Fondunun nümayəndəsi Hayk Mirzoyan bildirdi.

Daha çox göstər
Back to top button