“Bu vəhşilikdir”: Lapşin azərbaycanlı uşaqlara ermənilər haqqında verilən dərsdən təəccübləndi
İnternetdə yayılmış bir videoda azərbaycanlı müəlim “düşmən ermənilərə” qarşı nifrətlə dolu dərs verir. Rus və israilli bloqqer Aleksandr Lapşin kiçik uşaqların ermənilərdən nifrət etməyə öyrədilməsini “vəhşilik” adlandırıb.
“Həyatımda bir çox ölkələrdə yaşadım Rusiyada, İsraildə, Ukraynada, Gürcüstanda. Bu ölkələrdən hər birinin qonşuları ilə anlaşmazlıqları və ərazi mübahisələri vardır, lakin İsraildə heç bir zaman öyrətmədilər ki, “bütün ərəblər düşmənlərdir”, Ukrayna məktəblərində öyrətmirlər ki, “bütün ruslar işğalçı və düşməndir”, Gürcüstan məktəblərində Abxaziya və Osetiyanın problemlərinə baxmayaraq, öyrətmirlər ki, ruslar düşmən xalqdır, ya da bax indi Moldovadayam. Burada moldovalı üşaqlara öyrətmirlər ki, bütün ruslar pisdir və Dnestryanı işğal etdilər”,-deyə Lapşin yazır.
Onun sözlərinə görə, Bakı məktəbindəki “bu vəhşilik” təəccübedicidir , çünki məktəbdə dərs rus dilindədir və ona görə də elitar bir məktəbdir.
“Onlar bunu niyə edirlər?” videoda müəlim uşaqlara soruşur ki, “ermənilər niyə Azərbaycanın düşmənləridir və uşaqlardan biri deyir ki, “Onlar bizim insanlarımızı öldürdülər”, “bütün əsgərlərimizi öldürdülər”.
“Ermənilər ərazilərimizin 20%-i işğal etmişlər”,-deyə müəlim əlavə edir.
Xatırladaq ki, internetdə bu cür videolar ilk dəfə deyil ki yayılır.
Artsax münaqişəsi haqqında ilk dəfə ikinci məktəblilər üçün dərs kitabında deyilirdi ki, onların ölkəsi hazırda ER ilə müharibədədir, Ermənistan “onların topraqlarını işğal etmişdir” və Bakı bu torpaqları hərbi yolu ilə geri qaytaracaqdır. Bu barədə tarixçi Sabir Axundov OpenDemocracy saytında yazır.