Ekonomika

Ermənistan regiolar arasında yol əlaqələrinə əhəmiyyət verir: Vahan Martirosyan

Yerevanda bu gün “TRASEKA” hökumətlərarası komissiyasının nöbəti iclası keçirilib. İclasda TRASEKA-ya üzv dövlətləri, beynəlxalq təşkilatlar nümayəndələri və Avropa Komissiyasının yüksək səviyyəli səlahiyyətliləri iştirak edirdi.

ER nəqliyyat, kommunikasiya və informasiya texnologiyaları naziri Vahan Martirosyan iclasın açılışında qeyd edib ki, Ermənsitan TRASEKA proqramına artıq 25 ildir ki, qoşulmuşdur. Bu zaman ərzində bir çox texniki yardım və investisiya proqramı həyata keçirilmişdir.

“TRASEKA-nın prinsiplərinə sadiq qalaraq, Ermənistan regionlar arasında yol əlaqələrin olmasına əhəmiyyət verir”,-deyə nazir qeyd etdi. Onun sözlərinə görə, son illərdə Ermənistanın iqtisadi siyasətindən görünür ki, yol tikintisi və infrastruktur inkişafı layihələri siyasətimizin lokomotivlərindən biridir. Vahan Martirosyan qeyd etdi ki, nəqliyyat infrastrukturlarının davamlı inkişafı üçün ən böyük layihələrdən biridir. Nəqliyyat infrastrukturlarının davamlı inkişafı üçün ən böyük layihələrdən biri “Şimal-Cənub dəhlizi”-nin inşaatıdır.

Onun sözlərinə görə, regionda yol təhlükəsizliyinin təmin edilməsi, yolların və xidmətlərin rəqəmləşdirilməsi, habelə keçid məntəqələrinin müasirləşdirilməsi və müasir standartlara uyğun olması da əhəmiyyətli prioritetlərindəndir.

Konfrans zamanı Aİ təsdiq etdi ki, Qara dənizdən Qafqaza və Xəzər dənizindən Orta Asiyaya gedən nəqliyyat dəhlizinin inkişafına texniki dəstək verəcəkdir. “TRASEKA” proqramına 13 ölkə Moldova, Ukrayna, Bolqarıstan, Rumıniya, Türkiyə, Monqolustan, Qırğızıstan, Ermənistan, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbekistan daxildir.

Daha çox göstər
Back to top button