Ekonomika

Livanlı investor Ermənistanda layihələrini genişləndirməyi planlaşdırır

ER iqtisadi inkişaf və investisiyalar naziri Suren Karayan martın 5-də livanlı iş adamı Nikola Abu Feysal ilə görüşdü. Nikola Abu Feysalın sözlərinə görə, Ermənistan investisiyalar baxımından çox əlverişli bir ölkədir. İş adamı əlavə edib ki, onun bütün xarici həmkarlarını Ermənistanda investisiya qoymağa çağırmışdır.

ER İqtisadi inkişaf və İnvestisiyaları Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Nikola Abu Feysalın başçılıq etdiyi şirkət Ermənistanda pekan qozunun istehsalı ilə məşğul olur. Layihənin birinci mərhələsində 100 hektar ərazidə 30 min pekan qoz ağacları tikiləcək. Kənd təsərrüfatı layihələrindən başqa, investor turizm proqramları həyata keçirmək niyyətindədir. Layihələr Eğvard və Bagrataşendə gərçəkləştiriləcək.

Nikola Abu Feysal qeyd edib ki, öz biznes layihələri yaxın gələcəkdə genişləndirməyə planlaşdırır. İş adamı nazirə təşəkkür edərək qeyd edib ki, nazirliyin və hökumətin dəstəyi və investisiya təşviq siyasəti çox həvəsləndiricidir.

Nazir Suren Karayan iş adamının layihələrini alqışlayaraq qeyd edib ki, nazirlik yeni investisiyaların cəlb olunmasına və layihələrin həyata keçirilməsinə dəstək verir.

Daha çox göstər
Back to top button